Zəhra xəstəliyi məğlub edə bilər, amma qarşıda onu iki ağır əməliyyat və uzun reabilitasiya gözləyir.

Hər müalicə günü — həyata atılan bir addımdır. 💔

Dayanmasaq, onun ayağa qalxmaq və sağlam uşaqlığına qovuşmaq şansı olacaq.

Zəhranın sağalmasına kömək edin!

Zəhranın hekayəsi 

Zəhra – 7 yaşında, kəskin limfoblast leykoz (qan xərçəngi)
Mən Zəhranın anasıyam. Qızımın 7 yaşı var və o, ALL leykoz (qan xərçəngi) diaqnozu ilə mübarizə aparır.
Müalicəyə 27.10.2022-ci ildən başladıq. Azərbaycanda bütün müalicə protokollarını tamamlamasına baxmayaraq, təəssüf ki, xəstəlik yenidən qayıtdı. İndi isə onun həyatı üçün təcili sümük iliyi transplantasiyası mütləqdir. Xahiş edirəm, bu çətin vaxtda bizə kömək edin.

Ailəmiz haqqında
Biz 4 nəfərlik sadə ailəyik: həyat yoldaşım, mən, oğlum Nurlan və qızım Zəhra. Tərtər rayonunda yaşayırıq.
Hər şey Zəhrada bel ağrıları, halsızlıq və 39° hərarətlə başladı. 27.10.2022-ci ildə aparılan müayinələr nəticəsində leykoz diaqnozu qoyuldu və 5 mərhələli müalicəyə başladıq.

Müalicə mərhələləri
Avqust 2023 – 5 mərhələli protokollar tamamlandı, dəstəkləyici (iqamə) terapiyaya keçdik.

05.03.2025 – dəstəkləyici terapiya başa çatdı, MRD analizi göndərildi. Təəssüf ki, nəticə pozitiv çıxdı.

2 ay sonra təkrar MRD analizi verildi və nəticə yenə pozitiv oldu.

Sümük iliyində blast hüceyrələrin sayı 13%-ə qalxdı — bu bizim üçün ən ağır xəbər idi.

Həkimlərin qərarı
Həkimlər bildirdilər ki, Zəhranın həyatda qalması üçün təcili sümük iliyi köçürülməsi lazımdır. Bu əməliyyatdan sonra o, sağlamlığına qovuşub digər uşaqlar kimi parka gedə, oynaya və gülə biləcək.
Lakin vaxt çox azdır — qısa müddətdə əməliyyat edilməsə, həyatı təhlükə altına düşəcək.

Zəhranın uşaqlığı
Zəhra 3 yaşında bağçaya getməyə başladı və ora çox sevinclə gedirdi. Uşaqlarla tez dostlaşırdı. Məktəbəqədər hazırlıq qrupuna yazdırmışdım. Tezliklə məktəbə başlaya bilərdi, amma bu amansız xəstəlik imkan vermədi.
5 yaşında məktəbə gedə bilmədi. Yalnız 1-ci sinifin ilk günü onu məktəbə apardım. Çəkinsə də, “Ana, maska taxmaq istəmirəm” deyirdi. Sonralar evdə distant təhsilə başladıq, amma tez-tez səhhətində problemlər yarandığı üçün dərslərini tam davam etdirə bilmədi. İndi çətinliklə oxuyub-yazır, amma yaşıdları kimi sərbəst edə bilmir.

Ailənin vəziyyəti
Mən evdar xanımam, həyat yoldaşım isə usta (muzdlu işçi) kimi işləyir. Gündəlik gəliri 10–15 manat arası dəyişir.
Zəhra xəstələnəndən sonra müalicə dövründə yoldaşım işləyə bilmədi, çünki daim bizimlə birlikdə xəstəxanaya gedib-gəlirdi. Qızım atasından bir dəqiqə belə ayrı qala bilmirdi. Kimyaterapiya zamanı tez-tez “Atam gəlsin yanımda qalsın” deyə ağlayırdı, amma xəstəxana buna icazə vermirdi.

Maddi çətinliklər
Kimyaterapiya dövrü bizim üçün həm maddi, həm də mənəvi baxımdan çox ağır keçdi. 3 il işsiz halda müalicə xərclərini qarşılamaq çox çətin idi. Əlimizdə olan hər şeyi, hətta qızıllarımı belə satdıq. Qohumlar kömək etdilər və böyük əziyyətlə müalicə müddətini başa vurduq.
Dəstəkləyici terapiyaya başlayandan sonra yoldaşım yenidən işləməyə başladı. Çətinliklə dolanırdıq, amma Allaha şükür edirdik ki, Zəhra sağalır. Təəssüf ki, sevincimiz uzun sürmədi — xəstəlik geri döndü.

İndi ailəmizin yalnız bir evi qalıb, onu satışa çıxarmışıq. Qohumlarımız yenə kömək edir, amma lazım olan məbləğ bizim gücümüzü aşır.

Hər gün — bir imkan. Hər yardım — irəli atılan bir addım.

Onun yolu sizin mərhəmətli qəlbinizdən başlasın. ❤️ 

🙏 Qoy hər qəpik, hər bəyənmə və hər dua oğlumun tam sağlam həyata atdığı bir addım olsun. 

Zəhra üçün dəstək

🌸 Ana Günel Qaraşova 🇦🇿

💙 Zəhranı müalicə etmək üçün kömək yığımı

Nömrəni kopyalamaq üçün aşağıdakı düyməni basın

Kapital Bank
4169 7388 5392 6149
Ana Qaraşova Günel

+ 994 70 641 56 00